SON XƏBƏRLƏR
20 Iyun 2018
17 Iyun 2018
14 Iyun 2018
13 Iyun 2018
Cənub Qaz Dəhlizi nələr qazandıracaq? - VİDEO
İQTİSADİYYAT 13:08 / 30.05.2018

Cənub Qaz Dəhlizinin açılışı ilə Azərbaycan həm enerji siyasətində, həm də öz iqtisadiyyatında yeni bir səhifə açdı. Bu yeni qaz kəməri nəinki Azərbaycana, hətta region, eləcə də avropa üçün siyasi və iqtisadi olaraq böyük imkanlar yaradır. Növbəti 25 il ərzində bu kəmərlə avropaya 400 milyard kubmetrlik qaz ixracı nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin açılışı bu qaz kəmərinin keçidiyi bütün ölkələrin enerji təhlükəsizliyində yeni dövrün başlanğıcıdır. Azərbaycan isə yeni situasiyanın ən mühüm oyunçularından birinə çevrilməklə öz siyasi çəkisini artırır. Layihənin icrası ilə azərbaycan iqtisadi cəhətdən də öz maraqlarını maksimum təmin edir.

Hazırda Azərbaycan bu layihədə tədarükçü ölkə kimi çıxış etsə də eyni zamanda tranzit ölkə olmaq imkanları da genişdir. yaxın keçmişdə digər layihələrdən əldə olunan təcrübə belə deməyə əsas verir. Xəzəryanı ölkələr Cənub Qaz Dəhlizinin timsalında öz qazını Avropaya tranzit olaraq çıxarmaq ehtimalı hər zaman aktualdır.

Cənub Qaz Dəhlizinin dünya enerji siyasətində önəmli roluna gəldikdə isə Birləşmiş Ştatlar prezidenti, Böyük Britaniyanın baş naziri, eləcə də bir sıra ölkə rəhbələrlərinin təbrik mesajlarına nəzər salmaq kifayətdir. İllərdir Rusiyanın enerji siyasətində Avropaya etdiyi təhdidlər fonunda alternativ olaraq enerji mənbəyi əldə etmək bu ölkələr üçün həm iqtisadi, həm siyası cəhətdən önəmli bir qazancdır. Onu da qeyd edək ki, Cənub Qaz Dəhlizi 2020-ci ildən başlayaraq 400 milyard kubmetr qazın Avropaya nəqlini nəzərdə tutur.

Ekspert İlham Şaban bildirir ki, bu layihədən gələcək gəlirlər qazın dünya bazarında qiymətindən asılı olacaq. Bu isə Azərbaycanınə növbəti 25 ildə 150-250 milyard dollar arasında gəlir əldə etməsi deməkdir.


47 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.