SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Dilarə Kazımovanın hamamda GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO
CƏMİYYƏT 14:10 / 15.07.2019

Müğənni Dilarə Kazımovanın Bakının məşhur hamamlarından birində görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, ulduz "Harem" adlı yeni mahnısını hamamda çəkdirib. Bu barədə klipdə oriental rəqqasə obrazını canlandıran sənətçi özü instaqramda məlumat verib:

"Harem"ə ekran həyatı verdik, əziz izləyicilərim. Mahnını bir neçə vaxtdır ki, ixtiyarınıza buraxsaq da, klipi yeni çəkdik. Mahnı məni ruhlandırdı. Burada bir şərq ab-havası var. "Harem"də həmçinin tarix yatır. Çalışdıq klipdə bunu göstərək. Biz əsl qədim, şərq hamamında olduq. Digər detalları yaxında təqdim ediləcək klipdə bərabər izləyərik".

Qeyd edək ki, mahnının musiqisi D.Kazımova ilə İslam Şirvaniyə, sözləri Prometeyə məxsusdur. Klipin rejissoru Nail Naiboğludur. Sənətçinin obrazım üzərində isə özü çalışıb.
Layihə "Boomerang label"in təşkilatçılığı ilə həyata keçib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.