SON XƏBƏRLƏR
17 Oktyabr 2018
16 Oktyabr 2018
15 Oktyabr 2018
14 Oktyabr 2018
Bakıda 10 marşrutun yolu dəyişdi - VİDEO
İQTİSADİYYAT 13:29 / 30.05.2018

İyunun 1-dən 10 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək. Bunlar Bakı ətrafı kənd və qəsəbələrə hərəkət edən marşrut avtobuslarıdır. Məqsəd əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Bakıətrafı kənd və qəsəbələrə hərəkət edən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası dəyişdirilir. Dəyişiklik mövsümi xarakter daşıyır və iyunun 1-dən təbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Mais Ağayevin sözlərinə görə, 10 marşrut xəttindən bəzilərinin hərəkət istiqaməti dəyişdirilib, bəzilərininki isə uzadılıb. Məqsəd yay mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Marşrut avtobuslarının hərəkət sxemi yay mövsümü başa çatdıqdan sonra əvvəlki vəziyyətinə qaytarılacaq.



136 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.