SON XƏBƏRLƏR
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
10 Oktyabr 2019
Kişi boğazını kəsdi - Arvadı qışqırıq səslərinə oyandı
CƏMİYYƏT 19:42 / 16.07.2019

Bakıda kişi öz boğazını kəsib.

Bu versiyanı Suraxanı rayonunda qeydə alınmış ölüm faktı üzrə yaradılan operativ-istintaq qrupu irəli sürüb.

Məlumatı Oxu.Az-a Suraxanı rayon hüquq-mühafizə orqanlarından veriblər.

İlkin məlumata görə, 33 yaşlı Ruslan Telman oğlu Fəhrətov iyulun 15-də səhər saatlarında Hövsan qəsəbəsində yaşadığı evdə intihar edib.

Kişinin həyat yoldaşı istintaqa bildirib ki, səhər ərinin "Boğuluram!” - deyə qışqırıq səslərinə oyanıb. Bu zaman evdə ər-arvaddan başqa, kişinin valideynləri də olub.

R.Fəhrətov iki azyaşlı uşaq atası olub, ikincisi bu yaxınlarda doğulub.

O, "8-ci kilometr” bazarında kiçik bizneslə məşğul olub. R.Fəhrətovu belə radikal addım atmağa vadar edən səbəb hələ məlum deyil.

Fakt üzrə rayon prokurorluğunda cinayət işi qaldırılıb, istintaq gedir


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.