SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Zelenski dənizə girdi, sosial şəbəkədə fikirlər haçalandı - VİDEO
CƏMİYYƏT 13:50 / 16.07.2019

Ukrayna Prezidenti Vladimir Zelenski növbəti dəfə sosial şəbəkədə tənqidlərə məruz qalıb. 

Oxu.Az urkayna mətbuatına istinadən xəbər verir ki, buna səbəb dövlət başçısının səfərə yollandığı Odessa şəhərində çimərliyə gedib, dənizə girməsi olub.

Çimərlik ərazisinə gələn Zelenski yerli əhali ilə söhbət edib, daha sonra Administrasiya rəhbəri və digər iş adamları ilə birlikdə dənizə girib.

Onun bu addımı isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi izləyicilər bu hərəkətin prezidentə yaraşmadığını bildiribsə, digərləri Zelenskiyə tərəf çıxıb.

Qeyd edək ki, bir müddət öncə Ukrayna Prezidenti Vladimir Zelenskinin fontanın üzərindən qaçaraq keçməsi ətrafdakı insanlar tərəfindən təəccüblə qarşılanıb.

Teatr meydanında fontanın üzərində qaçan Vladimir Zelenskini cangüdənləri müşayiət edib. Onun bu hərəkəti də sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmamışdı.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.