SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
CƏMİYYƏT 14:11 / 16.07.2019

Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri vəfat edib.

Oxu.Az xəbər verir ki, ötən gün Sarayın həyətindəki çinarın budağının qırılması nəticəsində ağır xəsarət alan və xəstəxanaya çatdırılan Xatirə Ağamalıyevanın həyatını xilas etmək mümkün olmayıb.

Sağ baldır sümüyünün çox qəlpəli sınığı diaqnozu qoyulmuş X.Ağamalıyeva travmatik şok vəziyyətində idi.

Həkimlərin səylərinə baxmayaraq, o, Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Xatırladaq ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Son günlər ölkə ərazisində müşahidə olunan güclü küləyə dözməyərək Xan çinarının budağının qırıldığı bildirilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.