SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Qaradağdakı yanğınla bağlı rəsmi açıqlama - YENİLƏNİB
CƏMİYYƏT 17:16 / 16.07.2019

Qaradağ rayonu, Mirzə Ələkbər Sabir küçəsində yerləşən "Elit” ticarət və əyləncə mərkəzində baş vermiş yanğınla bağlı Föqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən dağlıq ərazidə 100 m2 sahədə məişət və təkər tullantıları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

17:57

Bakıda ticarət və əyləncə mərkəzində yanğın başlayıb.

Hadisə Qaradağ rayonu, Mirzə Ələkbər Sabir küçəsində yerləşən "Elit” ticarət və əyləncə mərkəzində qeydə alınıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.