SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Deputatın oğlu 200 km/s sürətlə sürdüyü maşınla ər-arvadı öldürdü - Rusiyada
CƏMİYYƏT 05:36 / 16.07.2019

Rusiyalı deputat İlfat İmanqulovun 21 yaşlı oğlu Ruslan İmanqulov Çelyabinsk vilayətinin Kunaşak rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi törədib.

Ura.ru xəbər verir ki, o, avtomobilini saatda 200 kilometr sürətlə idarə edərkən yolu keçmək istəyən iki piyadanı vurub.

Ər və arvad olan piyadalar hadisə yerində ölüb. 

Məlumata görə, qəzada ölən kişi rayon rəhbərinin keçmiş sürücüsü olub. 

Deputatın oğlu polis tərəfindən saxlanılıb. Onu yeddi ilədək həbs cəzası gözləyir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.