SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Burak Özçivit azərbaycanlı müəllimdən dərs alır - FOTO
CƏMİYYƏT 04:38 / 16.07.2019

Yeni mövsümdən Türkiyənin ATV kanalında yayımlanması gözlənilən "Diriliş Osman” serialının çəkilişlərinə bu günlərdə start verilib.

Oxu.Az xəbər verir ki, "Diriliş Ertuğrul”un davamı olaraq çəkilən "Diriliş Osman” serialında rol alacaq türkiyəli aktyor Burak Özçivit də hazırlıqlara başlayıb.

B.Özçivit çəkilişlərdən öncə rolu üçün bir il at sürmə, döyüş, qılıncoynatma və xoreoqrafiya dərsləri alıb. Aktyora öz rolunun öhdəsindən yüksək səviyyədə gəlməsi üçün azərbaycanlı Rahim Muradov təlim keçir. 

Həftənin beş günü səkkiz saat çalışan B.Özçivit xoreoqraf dərsləri ilə bərabər, tarixçilər və sosioloqlardan tarix və həmin dövrün yaşayış tərzini olduğu kimi göstərmək üçün nəzəri dərslər alır.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.