SON XƏBƏRLƏR
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
10 Oktyabr 2019
“MeqaFon” Dağlıq Qarabağla bağlı yanlış informasiyaya görə daxili təhqiqat aparır
CƏMİYYƏT 23:24 / 16.07.2019
Rusiyanın ən böyük mobil operatoru "MeqaFon” şirkəti öz saytında Dağlıq Qarabağ haqqında yerləşdirilmiş yanlış informasiya ilə bağlı daxili təhqiqat aparır.

AZƏRTAC xəbər verir ki, bu barədə "MeqaFon”nun Direktorlar Şurasının sədri Yevgeni Bıstrıxın imzası ilə Azərbaycanın Rusiyadakı səfirliyinə daxil olmuş məktubda bildirilir.

Məktubun tam mətnini təqdim edirik: "Şirkətin saytının yenilənməsi zamanı Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibinə daxil olmayan müstəqil ərazi kimi təqdim edilməsi barədə yanlış informasiya aşkar edilib. Şirkətin menecmentinin bunu aşkar etməsindən sonra səhv məlumat dərhal düzəldilib.

Hazırda "MeqaFon” insidentlə bağlı daxili təhqiqat aparır. Bu məlumata görə, məsul olan əməkdaşlar vəzifələrinin icrasından uzaqlaşdırılıb və onlar Rusiya Federasiyasının Əmək Məcəlləsinə müvafiq olaraq intizam cəzası alacaqlar.

"MeqaFon”un əsas iş prinsiplərindən biri öz kommersiya fəaliyyətini siyasi və dini kontekstdən uzaq tutmaqdır. Biz baş verən hadisədən təəssüfləndiyimizi bildirir, təsdiq edirik ki, səhv bilərəkdən deyil və hər hansı qərəzli niyyət olmadan buraxılıb. Şirkət bu qərəzsiz insident nəticəsində hisslərinə toxunulmuş hər kəsdən üzr diləyir”.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.