SON XƏBƏRLƏR
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
Kriminal avtoritet Gəncinski məhkəmə qarşısında
CƏMİYYƏT 13:17 / 17.07.2019

Bu gün Minsk məhkəməsində dövlət ittihamçısı Rəşad Gəncinski kimi tanınan kriminal avtoritet Rəşad İsmayılova cəza istəyəcək.

"Sputnik Belarus” xəbər verir ki, ümumilikdə hakim qarşısına üç müttəhim çıxacaq. Onlardan ikisi azərbaycanlı, biri isə belarusludur.

Müttəhimlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılıblar.

Hadisə 2018-ci il noyabrın 20-də baş verib. Saxlanma zamanı R.İsmayılovun üzərindən başqasının adına pasport tapılıb. Onun sürücüsü olan belarusluda iki tapança və patronlar, digər azərbaycanlıda isə həşiş aşkar edilib.

Müttəhimlər qismən təqsirli olduqlarını etiraf ediblər. Bu gün məhkəmənin növbəti iclası keçiriləcək.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.