SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
CƏMİYYƏT 19:59 / 17.07.2019
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində səfərdə olan Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov BMT Baş Assambleyasında əhali və inkişaf üzrə Qahirə konfransının 25 illiyi münasibətilə keçirilən yüksək səviyyəli iclasda çıxış edib.

AZƏRTAC xəbər verir ki, Baş Nazirin müavini 1994-cü ildə təşkil edilmiş Qahirə konfransının əhəmiyyətini vurğulayaraq konfransın həyata keçirilən təşəbbüslərin mərkəzində insanların rifahının ön planda olduğunu sübut etdiyini bildirib. Bununla yanaşı, o, ölkəmizdə həyata keçirilən sosial islahatlar çərçivəsində həyat səviyyəsinin yüksəldiyini, insan hüquq və bərabərliyinin təmin edildiyini, o cümlədən sosial xidmətlərə əlçatanlığın artırılması üçün kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Son 15 ildə Azərbaycanda 2 milyondan çox iş yerinin açıldığını, əməkhaqlarının və pensiyaların müvafiq olaraq bir neçə dəfə artırıldığını, əhalinin 1,6 milyon nəfər artaraq 10 milyona çatdığını vurğulayıb. Ötən dövr ərzində sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığını və yüzlərlə məktəb, tibb ocaqları və digər sosial obyektlərin inşa edildiyini diqqətə çatdırıb.

Baş Nazirin müavini, eyni zamanda, ölkəmizin gənclər və gender siyasətinə xüsusi önəm verdiyini və gənclərin, qadınların məşğulluğunun, o cümlədən onların ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində məqsədyönlü siyasətin həyata keçirildiyini bildirib.

Bununla yanaşı, Əli Əhmədov Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox azərbaycanlının yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilmədiyini diqqətə çatdırıb.

Eyni zamanda, Baş Nazirin müavini Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində qısa müddət ərzində əhəmiyyətli işlərin görüldüyünü, DİM-lərin ölkə prioritetlərinə inteqrasiya edildiyini, habelə regionda və MDB məkanında ilk ölkə olaraq ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabatın təqdim olunduğunu qeyd edib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.