SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Bu şəxslərə ŞAD XƏBƏR - Hər birinə bu qədər PUL VERİLİR
CƏMİYYƏT 22:50 / 17.07.2019

Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının 2019-cu ildə veriləcək subsidiya üzrə iclası keçirilib.

Publika.az Nazirliyə istinadın xəbər verir ki, komissiyanın iclasında ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər.

İclasda 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlərə baxılıb.

Respublika Komissiyası tərəfindən 1927 inzibati ərazi vahidi üzrə 2019-cu ildə arıçılıqla məşqul olan 19807 fiziki və hüquqi şəxsə sahib olduqları 426533 arı ailəsinə (pətəyə) görə 4265330 manat subsidiya ödənilməsi qərara alınıb.

İclasda 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlər və müvafiq sənədlərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul olunub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.