SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Qadından ailəli kişiyə qarşı RÜSVAYÇI ƏMƏL: elə bir videosunu tapdı ki..
CƏMİYYƏT 12:46 / 18.07.2019

Azərbaycanda ailəli kişini şantaj etməkdə, onu özünü öldürmə həddinə çatdırmaqda ittiham olunan Samirə Babayevanın barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Teleqraf.comxəbər verir ki, Şamaxı rayon Məhkəməsinin bu qərarından Samirə Babayeva narazı qalıb. O, həmin məhkəməyə barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz olunması barədə ərizə verib.

Hakim ərizəni təmin etməyib.

Bu qərardan narazı qalan Samirə Babayeva apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Samirə Babayevanın şikayəti təmin olunmayıb.

Samirə Babayeva (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) 2017-ci ilin yay aylarında Sadiq Ağayevlə tanış olub və onların arasında yaxın münasibət yaranıb. Birgə olduqları 4 ay müddətində Samirə Babayeva Sadiq Ağayevin "Facebook” və "WhatsApp”ının parollarını ələ keçirib.

O, həmin sosial şəbəkə profillərinin kodlarını yenisi ilə əvəz edib. Sonra Sadiq Ağayevin özünə və ailə üzvlərinə məxsus məlumatları, fotoşəkilləri əldə edib, habelə qeyri-təbii yolla cinsi əlaqədə olduqları anın videogörüntülərinin əlində olması ilə Sadiq Ağayevi hədələyib.

Samirə Babayeva 2017-ci ilin dekabrın son günlərindən 2018-ci ilin martın 27-dək olan müddət ərzində Sadiq Ağayevlə amansız rəftar edib. Birlikdə çəkilmiş fotoşəkillərini həmin "Facebook” səhifəsinin profilində paylaşıb.

Sadiq Ağayevin ailə münasibətlərinin pozulmasına səbəb ola biləcək məzmunda onun arvadı Ləman Ağayevaya "WhatsApp” sosial şəbəkəsi vasitəsilə mesajlar yazıb.

Samirə Babayeva Sadiq Ağayevin arvadına və övladlarına məxsus fotoşəkilləri dostlarına göstərib, mütəmadi olaraq onun ləyaqətini alçaldıb.

Həmçinin, mənəviyyatdan və insanlıqdan kənar hərəkətlər edib, ailəsini, övladlarını və valideynlərini ataraq onunla birlikdə yaşamasını tələb edib. O, əks təqdirdə əldə etdiyi digər fotoşəkilləri və qeyri-təbii yolla cinsi əlaqədə olmalarını əks etdirən video-görüntüləri sosial şəbəkələr vasitəsilə yayıb, onu rüsvay edəcəyi ilə hədələyib.

Belə hərəkətləri ilə Samirə Babayeva Sadiq Ağayevə hədə-qorxu gəlib, arvadına "Sadiq ya mənim olacaq, ya da qara torpağın” məzmunlu mesajlar yazıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.