SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Bakıda kriminal avtoriteti öldürənlər belə tutuldu - ƏMƏLİYYATIN VİDEOSU
CƏMİYYƏT 11:45 / 18.07.2019

İyunun 7-də Bakıda küçədə güllələnən kriminal aləm üzvü Mübariz Budaqlını qətlə yetirənlərin tutulma anı polisin nəzarət kamerasına düşüb.

Videogörüntüdə elə həmin gün yol polisləri tərəfindən təqib olunan şübhəli şəxslər – Taleh Cəlalov və Vüsal Hüseynovun saxlanılma anı videolentə alınıb.

Binəqədi rayonu Azadlıq prospektində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov həmyerlisi Vüsal Hüseynov tərəfindən idarə edilən "BMW” markalı avtomobillə sərnişin kimi gedən zaman Pirşağı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mübariz Budaqlının sərnişin qismində getdiyi Nazim Qədirovun idarə etdiyi "Mercedes” markalı avtomobili təqib edib. Yaranmış tıxacdan istifadə edən T.Cəlalov tüfəngdən açdığı atəşlə M.Budaqlını qətlə yetirib hadisə yerini tərk edib.

Bu zaman Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları polis serjantları Murad Əzizli, Ramin Əsgərov, Mehdi Hacıyev şöbənin rəisi Mərdan Əliyevin göstərişi əsasında M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində süni tıxac yaradaraq həmin şəxslərin idarə etdiyi avtomobili saxlayıblar. Hadisəni törətməkdə şübhəli bilinən T.Cəlalov və V.Hüseynov tutulub. T.Cəlilovdan cinayəti törədərkən istifadə etdiyi 1 ədəd lüləsi kəsilmiş "İJ-16” markalı tüfəng götürülüb.(Qafqazinfo)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.