SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Türkiyə necə tələyə salınır? - Putinin yeni təklifinin arxasındakı ŞOK PLAN
CƏMİYYƏT 15:07 / 18.07.2019

ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarması niyyətindən (Pentaqon ötən gün Türkiyənin F-35 proqramında iştirakının məhdudlaşdırılması prosesinə başlayacaqlarını açıqlayıb-red.) istifadə edən Rusiya Ankaraya yeni təklif göndərib. Baş nazirin müdafiə sənayesi üzrə müşaviri Yuri Borisov bildirib ki, Türkiyəyə rus istehsalı döyüş təyyarələrinin tədarük edilməsini ehtiva edən bir razılaşma üçün görüşməyə hazırdırlar.

Bu durumda Türkiyənin NATO müttəfiqi ABŞ və hərbi müttəfiqi Rusiya arasında yenidən seçim qarşısında qalıb-qalmayacağı maraq dairəsindədir.

Politoloq, sabiq dövlət müşaviriQabil Hüseynli Publika.az-a açıqlamasında bildirir ki, təyyarə almaq üçün ilk növbədə, pul lazımdır: "Rusiya təyyarələrinin ən ucuzu 35 milyon dollardır. Eləsi var, 50 milyon dollar qiyməti var. Türkiyə bu qədər pulu ödəmək imkanına malik deyil. Rusiya Türkiyəni sadəcə şirnikləndirməklə məşğuldur. S-400 sistemi Türkiyə xəzinəsindən 2,5 milyard dollar apardı. Bu gün Türkiyə bazarında pomidorun kilosu 11, kartofun kilosu 22 lirədir. Yəni insanlar bu ölkədə ən zəruri ərzaq ehtiyaclarını belə ala bilməmək imkanı ilə üz-üzə qalıb. Bu nöqteyi-nəzərdən, Rusiyanın niyyətinin baş tutmayacağını deyə bilərəm”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.