SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Dövlət büdcəsinə daxilolmalar 6 ayda 10 milyard manatı keçdi
CƏMİYYƏT 08:32 / 20.07.2019

2019-cu ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri 6 faiz artaraq 10,4 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 590,2 milyon manat çoxdur.

Publika.az bu barədə Maliyyə Nazirliyinə istinadən məlumat verir.

Bu dövrdə qeyri-neft sektorunun gəlirlərinin ümumi həcmi 70,1%, yaxud 2,245 mlrd manat təşkil edib. Bu, ötən ilin birinci yarısındakı göstəricidən 14,3 faiz çoxdur.

Qeyd edək ki, Vergilər Nazirliyi tərəfindən büdcəyə 3,632 milyard manat (7,4 faiz artım) köçürülüb. Dövlət Gömrük Komitəsinin köçürmələri (DGK) - 2,065 milyard manat (27,6 faiz artım) təşkil edir.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların pullu xidmətlərindən əldə edilən gəlirlər isə 234,4 milyon manat təşkil edib (artım 30,9 faiz). Digər büdcə gəlirləri 60,1 milyon manat təşkil edib.

Dövlət Neft Fonduna gəlincə, (SOFAZ) dövlət büdcəsinə daxilolmaları 4,413 milyard manat təşkil edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.