SON XƏBƏRLƏR
21 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Yol polisi Bakıda yarım milyonluq maşını saxladı - 99 HJ 999 - FOTO
HADİSƏ 12:48 / 20.07.2019

Bakı şəhər Baş polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində profilaktik tədbirləri davam etdirir.

Sonxeber.az avtosfer.az-a istinadən xəbər verir ki, gecə saatlarında davam edən reyd zamanı Nərimanov rayonu ərazisində 99 HJ 999 dövlət nömrə nişanlı, "Mayback" markalı avtomobil saxlanılıb.

Avtomobilin sürücüsü Ramil Abdullayev təhlükəsizlik kəmərindən istifadə etmədiyi, yol nişanının tələbini pozduğu üçün yol polisi tərəfindən saxlanılıb.

Söhbət zamanı inspektor sürücüdən kəskin spirt iyi gəldiyini hiss edərək tibbi müayinəyə dəvət edib. Müayinə zamanı sürücünün sərxoş vəziyyətdə olduğu aşkarlanıb. Sürücü YPX əməkdaşlarına Rusiyada ticarətlə məşğul olduğunu və Azərbaycana qonaq gəldiyini deyərək onu sərbəst buraxmalarını xahiş edib.

Sürücü yol polislərinə deyib ki, onun üçün avtomobilinin duracağa qoyulmasının problemi yoxdur. Çünki bundan başqa da maşınları var. Hətta onun buraxmaları üçün 20 manat pul da təklif edib.

Lakin avtomobil duracağa qoyulub və sürücü barəsində toplanmış materiallar araşdırılması üçün aidiyyəti üzrə göndərilib. 
Yol polisi Bakıda yarım milyonluq maşını saxladı - 99 HJ 999 - FOTOYol polisi Bakıda yarım milyonluq maşını saxladı - 99 HJ 999 - FOTOYol polisi Bakıda yarım milyonluq maşını saxladı - 99 HJ 999 - FOTO


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.