SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Azərbaycan süni intellektin tətbiqi sahəsində BMT ilə sıx əməkdaşlıq edir - VİDEO
CƏMİYYƏT 17:20 / 20.07.2019

"Azərbaycan süni intellektin tətbiqi sahəsində BMT ilə sıx əməkdaşlıq edir".

Xezerxeber.az-ın məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Dövlət Sektorunda Rəqəmsal Transformasiya və İnnovasiyalar" proqramının açılış mərasimində deyib.

Ülvi Mehdiyev indiyə qədər "ASAN Xidmət"dən istifadə edənlərin sayını da açıqlayıb.

Ülvi Mehdiyev vurğulayıb ki, bir çox hallarda elektron xidmətlər və innovasiyalar özəl sektorda daha çox inkişaf edir. Ancaq Azərbaycanda innovasiyaların xidmətlərdə tətbiqində dövlət özü böyük dərəcədə maraqlıdır.

Ülvi Mehdiyev onu da bildirib ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çoxsaylı elektron xidmətlərə nail olsa da, araşdırmalar davam edir. Bu sahədə xarici ölkələrin mütəxəssislərinin təcrübələri öyrənilərək elektron xidmətlərin həm sayı artılır, həm də keyfiyyəti yüksəldilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.