SON XƏBƏRLƏR
18 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
14 Avqust 2019
Məşhur şirkətin rəhbəri: "İnsanları xərçəng və alzaymer xəstəliyindən xilas edəcəyik"
DÜNYA 12:52 / 21.07.2019

Məşhur dərman istehsalı firmalarından birinin qurucusu və rəhbəri Osman Kibar tibb dünyasını gözləyən yeniliklərdən danışıb.

Publika.azxəbər verir ki, Kibar bədənin təbii resurslarından istifadə edərək bir çox xəstəliyi yenə biləcəyini söyləyib. O, həmçinin gələcək 10 ildə insanlar nəinki sağlam yaşayacaq, eləcə də gənc qalacaqlar deyib.

Cəmi iki saat ərzində auditoriya ilə görüşən Kibarın nitqi böyük maraq və alqışlarla qarşılanıb.

O, bildirib ki, hər şeydən öncə insan keyfiyyətli olmalıdır. Sağlamlıq, yaxud savad baxımından deyil, xaraktercə keyfiyyətli olmalıdır. Dünya elə bir vəziyyətə gəlib ki, artıq tək heç bir işin öhdəsindən gələ bilmirik. Ətrafımızda əskiklərimizin üstünü örtən şəxsiyyətlərə ehtiyacımız var.

Kibar qeyd edib ki, 11 xəstə üzərində sınanmış təcrübədə 9 nəfəri xərçəngdən xilas etmək mümkün olub.

Şirkətini maksimal dərəcədə demokratik şərtlərlə idarə etməyə çalışan iş adamı hazırladıqları dərmanın 9 nəfəri xərçəngdən qurtardığını bildirib: "Hazırda insanlar üzərində sınadığımız kliniki proqram var ki, onu daha əvvəl heyvanlar üzərində də testdən keçirmişik. Çarəsiz xəstəliklərdən əziyyət çəkənlər qanun yollarla bizə müraciət edib təcrübələrimizə qatılmaq istəyirlər. Biz onlara üzərində hələ də çalışdığımız dərmanları veririk. Artıq xərçəngdən sağalan xəstələrimizin sayı çoxalıb”.

O, bildirib ki, xərçəng hüceyrədəki mutasiyadan qaynaqlanır: "Biz bu mutasiyanın səbəbini çözə bilmirik. Bilmərik də… Onun yerinə bu mutasiyanın xərçəngə çevrilmsinin qarşısını alırıq. Yəni xəstə hazırladığımız dərmanı qəbul edərsə, orqanizmdəki mutasiya xərçəngə qədər irəliləmir. Artıq 9 xəstəni bu yolla sağaltmışıq. Bədənin təbii resurslarından istifadə edərək kök hüceyrələrin köməyi ilə gerçəkləşən müalicə gələcəkdə daha çox nəticə verəcək".

Kibar həmçinin bildirib ki, müalicə həmçinin alzaymer xəstəiyinin də yaranmasının qarşısını alacaq. Yaddaşınız 20 yaşınızda olduğu kimi iti işləyəcək.
Bundan başqa dəridəki qırışların, yaşlanmanın da qarşısını alacaq.

Bizə isə bu tibbi inqilaba yalnız ümid etmək qalır.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.