SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
"Əsrin müharibəsi" planı baş tutmadı, növbəti həmlə gəlir - İrandan DƏHŞƏTLİ İDDİA
DÜNYA 07:37 / 22.07.2019

ABŞ prezidenti Donald Trampı "Əsrin müharibəsi” üçün razı sala bilməyən prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bunun intiqamını ingilisləri bataqlığa çəkərək almaq istəyir.

Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"Yanlış etməyin. Donald Trampı "Əsrin müharibə”nin başlanması üçün razı salmayan və "B komandası”nın çökməsindən narahat olan Con Bolton ingilisləri bataqlığa çəkmə ümidi ilə kinini o istiqamətdə koordinasiya edir. Belə bir addımın qarşısı yalnız ehtiyatlılıq və sağlam düşüncə ilə alına bilər”, - Zərif tvitter səhifəsində yazıb.

Qeyd edək ki, İranın xarici siyasət idarəsinin başçısı 4 nəfəri - Con Bolton, İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zeydi "B komandası” adlandırır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.