SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
İngilis qadın şamdanla evləndi
DÜNYA 08:37 / 22.07.2019

İngiltərənin Lids şəhərinin sakini Amanda Liberti maraqlı qərarla gündəmə gəlib.

Publika.azxəbər verir ki, britaniyalı xanım auksiyonda aldığı şamdanla evlənmək qərarına gəlib.

"Onun üçün 400 funt xərcləmişəm, bu, ilk baxışdan məhəbbət idi”, - deyə Amanda bildirib.

Şamdana Lümer adı verən qadın onun üçün nişan üzüyü də alıb: "Söz verirəm ki, onu hər gecə parıldadacam. Bilirəm, çoxlarına bu münasibət qəribə gələcək, amma mən dəli deyiləm”.

Amandanın Lümerdən başqa şamdanları da var. Daha əvvəl isə o, Nyu-Yorkdakı "Azadlıq heykəli” ilə "evlənmiş”, hətta soyadına da onu əlavə etmişdi. Amma uzaq məsafə sonradan onların "ayrılması” ilə nəticələnmişdi.

Qeyd edək ki, bu, ilk əşyalarla evlilik halı deyil. Daha əvvəl 1979-cu ildə İsveçdə Eklof-Berliner Mauer Berlin divarları ilə özünü evli elan etmişdi. Bundan başqa, amerikalı Eriki Labri Eyfel qülləsi ilə "nikaha girmişdi”.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.