SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Qüds İsrailə verilir, yəhudi qəsəbələri isə... - Trampın kürəkəni hərəkətə keçdi
DÜNYA 10:48 / 22.07.2019

ABŞ prezidenti Donald Trampın kürəkəni və baş məsləhətçisi Cared Kuşner bu ayın sonunda "Əsrin razılaşması” çərçivəsində Yaxın Şərqə səfər edəcək.

Publika.azbildirir ki, ABŞ mətbuatında Ağ Ev mənbələrinə istinadən verilən xəbərə görə, Kuşner İsrail-Fələstin sülh planı içindəki 50 milyard dollarlıq iqtisadi inkişaf paketinə dəstək üçün İsrail, İordaniya, Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə gedəcək.

Onun rəhbərlik etdiyi heyətdə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi təmsilçisi Ceyson Qrinbalt, Xarici İşlər Nazirliyi nümayəndəsi Brian Huk və Kuşnerin köməkçisi Avi Berkovitz yer alıb. Səfər çərçivəsində ötən ay Bəhreyndə keçirilən iqtisadi şuranın nəticələrinə diqqət çəkiləcək.

Qeyd edək ki, ABŞ-ın liderliyi ilə 25-26 iyunda Bəhreyndə "Rifah üçün sülh” başlıqlı iqtisadi şura keçirilmişdi. Fələstinin boykot etdiyi və bölgə ölkələrini də boykot etməyə çağırdığı şuraya İsrail, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Mərakeş qatılmışdı.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İsraillə Fələstin arasındakı gərginliyi aradan qaldırmaq məqsədilə "Əsrin razılaşması” planını imzalayıb. Plana əsasən, Qüds şəhəri tamamilə İsrailə verilir, Qərbi Şəriədəki qeyri-qanuni yəhudi qəsəbələri olduğu kimi qalır. Fələstin prezidenti Mahmud Abbas bu planı "Əsrin şapalağı” adlandırır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.