SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak üçün 84 nəfər qeydiyyatdan keçib
HADİSƏ 11:18 / 22.07.2019

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir.

DİM-dən xezerxeber.az-a bildirilib ki, imtahan avqustun 18-də kompüter və ya kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İyulun 22-si saat 10:15-ə olan məlumata görə, imtahanda iştirak etmək üçün 84 (BA - 16, BB - 68) namizəd qeydiyyatdan keçib. Qeydiyyat avqustun 9-u saat 16:00-dək aparılacaq. Qeydiyyat bitdikdən sonra imtahanın yeri və vaxtı barədə məlumat veriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytında tanış olmaq mümkündür. "Şəxsi kabinet”dəki pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. "Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.