SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Bakıda maşın yoluna çıxan kişi aləmi bir-birinə vurdu – VİDEO
HADİSƏ 12:03 / 22.07.2019

Ötən gün axşam saatlarında naməlum şəxs Bakının Nərimanov rayonunda aləmi bir-birinə vurub.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.

Bildirilir ki, "Nərimanov” metrosu yaxınlığında sərxoş bir kişi ictimai asayişi pozub. Sərxoş şəxs maşın yolunda dayanaraq yolu kəsib. Sürücüləri söyüb, maşınlara yumruğu ilə vurub.

Bir neçə sürücü düşüb həmin şəxsi sakitləşdirməyə çalışıb. Lakin bu mümkün olmayıb.

Hətta avtobus sürücüsü onunla dava etməyə başlayıb.

Çox maraqlıdır ki, həmin vaxt yolda hüquq-mühafizə orqanları əməkdaşlarından heç kim olmayıb.

Baş verən hadisənin görüntülərini təqdim edirik.




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.