SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Erməni müğənni “Vokaliz”i festivalda oxudu: Brilliantdan soyuq reaksiya - VİDEO
CƏMİYYƏT 15:13 / 22.07.2019

Erməni müğənni Siranuş Harutyunyan (Siruşo) illər öncə repertuarına icazəsiz şəkildə saldığı Azərbaycan mahnısını yenidən ifa edib.

Oxu.Az xəbər verir ki, erməni ifaçı Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanın repertuarında yer alan "Vokaliz” mahnısını "Yurmala” festivalında "Takka tukka” deyərək oxuyub.

Siruşo "Instagram” hesabının "Story” bölməsində festivalın səhnəsində səsləndirdiyi mahnının görüntülərini paylaşıb.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Brilliant Dadaşova ilə əlaqə saxlayıb.

Xalq artisti məsələyə soyuqqanlı şəkildə reaksiya verib:

"Göndərərdilər məni "Yurmala” festivalına, mən də orada çıxış edib "Vokaliz”i necə lazımdır, ifa edərdim. Mən tək başına heç bir şey edə bilmərəm. Tək əldən səs çıxmaz. Biz ermənilərlə müharibə şaraitində yaşadığımız üçün onları məhkəməyə verə bilmərik. Bundan öncə də belə bir hadisə yaşanmışdı. İstədik ki, məhkəmə yolu ilə hüquqlarımızı tələb edək, lakin alınmadı. Bizim ermənilərlə mədəni əlaqələrimiz də yoxdur”.

B.Dadaşova bildirib ki, bəzi axmaq, səsi olmayan zəif müğənnilər bu gözəl əsəri "Takka tukka” deyə oxuyurlar:

"Amma onlar başa düşmürlər ki, bu bir sənət əsəridir. Bu əsərlə biz dünyanı mat qoya bilərik. Onu da deyim ki, bu mahnının biz müəllif hüquqlarını 19 il öncə təsdiqlətmişik. Bu, mahnı deyil, əsərdir. Mən bu əsəri şəxsən özüm yaratmışam. Meydan, Bakı xalq mahnıları və Vaqif Gərayzadənin "Caz-folk”unu birləşdirib səsimlə musiqi alətlərini təqlid etmişəm. Əsərdə söz yoxdur. Müəllif hüquqlarında bu əsər mənim adımla qeydiyyatdan keçib. Müvafiq qurum bununla bağlı "Yurmala” festivalının təşkilatçılarına etirazını bildirməlidir”.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.