SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Vətəndaşlar “Min bir gecə”dən şikayət etdi: giriş pulludur - Reyd başladı
CƏMİYYƏT 11:12 / 23.07.2019

Vətəndaşlar tərəfindən bir sıra çimərliklərdən girişin pullu olması barədə yenidən şikayətlər daxil olub.

Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən məlumat verilib.

Bildirilib ki, Bakının müxtəlif ərazilərindən çimərliklərdə qoyulan maneə ilə bağlı BŞİH-ə şikayətlər daxil olduqdan sonra qurumun Ticarət və Xidmət Departamenti reydlər aparıb: 

"Lakin hava şəraiti ilə əlaqədar reydlər dayandırılıb. Bir neçə gün əvvəl isə Şıx çimərliyindəki "Min bir gecə” obyektindən, Bilgəh və Türkan qəsəbəsindəki çimərlik ərazisində yerləşən obyektlərdən yenidən müraciətlər daxil olub ki, bu yerlərdə giriş pulludur. Məsələ ilə bağlı müvafiq tədbirlər hazırlanıb və reydlərin davam etdirilməsi qərara alınıb”.

Qeyd edək ki, bir müddət əvvəl çimərliklərdə giriş üçün pul tələb edildiyi ilə bağlı məlumat yayılıb. BŞİH-nin Ticarət və Xidmət Departamenti vətəndaşların çimərliklərə daxil olması üçün qoyulan maneələr – qapı, şlaqbaumlar çıxarılıb. 


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.