SON XƏBƏRLƏR
18 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
14 Avqust 2019
Miqrant axınını Avropa birlikdə həll edəcək
DÜNYA 12:48 / 23.07.2019

"Qaçqınların qəbulunu və onların operativ yerləşdirilməsini tənzimləyən yeni bir mexanizm təklif edilib. Bu mexanizm Avropanın 14 ölkəsi tərəfindən dəstəklənib”. 

"TASS” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə BMT-nin Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi və Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino ilə görüşündən sonra bildirib.

Helsinki görüşündə təqdim olunan sözügedən franko-alman sənədinin prinsiplərilə 14 Avropa dövlətinin razılaşdığını deyən Makron qeyd edib ki, bunların arasında səkkiz iştirakçı ölkə bu istiqamətdə aktiv şəkildə əməkdaşlıq edəcək. 

Fransa prezidenti həmçinin Avropa İttifaqının Afrika Birliyi ilə sıx əməkdaşlığı çərçivəsində insanların sığınacaq tapmasına imkan verəcək bu proqramı maliyyələşdirmək niyyətində olduğunu açıqlayıb.
Mexanizm miqrantların vətənlərinə qayıtmasına imkan verəcək. Proqrama görə, qanunsuz miqrant daşıyıcılarının əsas yollarından birinin keçdiyi Niger ilə işləməyə xüsusi diqqət yetiriləcək. Eyni zamanda, dövlət başçısı miqrantların Aİ boyunca paylanmasında iştirak etməkdən imtina edən AB ölkələrini tənqid edib. 
Qeyd edək ki, prezident çıxışında miqrantların qayıdışını təmin etmək üçün Avropa Komissarlığının səlahiyyətlərinin gücləndiriləcəyini də vurğulayıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.