SON XƏBƏRLƏR
07 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Nadir Qafarzadə bağ evini niyə satıb?
MƏDƏNİYYƏT-ŞOU 13:10 / 23.07.2019
Şou biznesdə "Əjdaha” ləqəbi ilə tanınan müğənni Nadir Qafarzadə ATV telekanalında yayımlanan "Bağ mövsümü” verilişində qonaq olub.

Oxu.Az xəbər verir ki, sənətçi illər öncə aldığı bağ evini satdığını bildirib.

Verilişin aparıcısı Murad Əzimzadə N.Qafarzadəyə bağ evi ilə bağlı sual ünvanlayıb. Məşhur müğənni isə bağa vaxtlı-vaxtında baş çəkə bilmədiyi və bağça işi diqqət tələb etdiyindən onu satdığını söyləyib.

Nadir, həmçinin İsveçrənin Cenevrə şəhərində təhsilini başa vuran böyük oğlu Loğmandan söz açıb. O, oğlunun az məvacib aldığını söyləyib. "Mən hər iki oğlumdan indiyə kimi çox razıyam. Baxmayaraq ki, oğlum hazırda işləyir, amma az maaş alır. Buna rəğmən, onunla danışanda deyir ki, mənə bu pul bəs edir. Loğman başa düşür ki, atası işləyib, onu xaricdə oxutdurub. İndi də çalışır ki, hər şeyi özü etsin. Həyatda hər şeyə özü nail olsun. Ata sabah olmaya bilər. Məqsədə çatmaq üçün bu həyatda ancaq çalışıb-vuruşmaq lazımdır”.

Qeyd edək ki, Nadir Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün Loğman və Əziz adlı oğulları var.




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.