SON XƏBƏRLƏR
18 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
14 Avqust 2019
Flora Kərimova 78 yaşında: 26 ildir doğum gününü qeyd etmir - VİDEO
MƏDƏNİYYƏT-ŞOU 15:02 / 23.07.2019

Bu gün Azərbaycanın Xalq artisti, müğənni Flora Kərimovanın 78 yaşı tamam olur.

Oxu.Az xəbər verir ki, Flora Kərimova 1941-ci il iyulun 23-də Bakı şəhərində anadan olub.

1964-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini və 1977-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Kərimova 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar” ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib.

O, 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. F.Kərimova 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun”, Ü.Hacıbəyli) partiyasında çıxış edib və 1968-ci ildə "Qanun naminə” bədii filmində çəkilib.

Xalq artistinin repertuarında Azərbaycan bəstəkarlarından Ramiz Mirişli, Elza İbrahimova, Oqtay Rəcəbov, Tofiq Quliyev, Emin Sabitoğlunun mahnıları yer alıb.

Flora Kərimova üç dəfə ailə qurub. Bir oğlu, bir qızı var.

Qeyd edək ki, iyulun 23-ü Ağdamın işğal günü olduğundan sənətkar illərdir doğum gününü qeyd etmir. 




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.