SON XƏBƏRLƏR
17 Oktyabr 2018
16 Oktyabr 2018
15 Oktyabr 2018
14 Oktyabr 2018
Zabit Səmədov Avropa çempionu oldu - VİDEO
İDMAN 09:39 / 31.05.2018
Rusiyanın paytaxtı Moskvada Jara Fight Show adlı kikboksinq turniri yekunlaşıb.

Regioninfo.az xəbər verir ki, gecənin əsas döyüşlərindən biri azərbaycanlı Zabit Səmədovla fransız boksçu Fredi Kemayo arasında baş tutub.

Oyunun 5 raundunda bütün qələbələr Zabit Səmədovun olub. Hər üç hakim qələbəni Səmədova verib - 50:46. Bununla o, ağır çəkidə King of Kings (Krallar kralı) versiyası üzrə Avropa çempionu olub.
Bu, Zabit Səmədovun karyerası ərzində qazandığı 99-cu qələbə olub. Qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edən idmançımıza çıxış etdiyi Çeçenistanın "Əhməd” klubu adından "Mercedes” avtomobili də bağışlanıb.

Qeyd edək ki, "Vegas City Hall”da keçirilən görüşü Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov, xalq artisti Emin Ağalarov, Hollivud ulduzu Stiven Siqal da izləyib.






123 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.