SON XƏBƏRLƏR
18 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
14 Avqust 2019
Yolda qalan Gəncə-Bakı qatarında hərəkət bərpa edildi - YENİLƏNİB
HADİSƏ 10:52 / 26.07.2019

Gəncə-Bakı sürət qatarının hərəkəti bərpa olunub.

Oxu.Az xəbər verir ki, əməkdaşlar təhlükəli vəziyyətin olmadığını bildirərək qatarın təxminən, 1 saat 45 dəqiqə gecikmə ilə Bakıya çatacağını bildirib.

İlkin ehtimala görə, gecikmə sürət qatarında yaranan texniki nasazlıq səbəbindən baş verib.

 

23:22

Gəncədən Bakıya doğru hərəkətdə olan sürət qatarı yolda qalıb.

Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Qatarın bir saatdan artıq vaxt ərzində yolda qaldığı bildirilir.

Sürət qatarının hansı səbəbdən dayanması barədə sərnişinlərə məlumat verilməyib.

Qatar əməkdaşlarının baş verə biləcək təhlükəli vəziyyətə qarşı qapıları bağladığı bildirilir.

Bu barədə sosial şəbəkə istifadəçisi Xəyal Azəroğlu məlumat paylaşıb.

O bildirib ki, sərnişinlərdən bir neçəsinin halı pisləşib.

"Mənim ailəm də daxil olmaqla, qatarda xeyli sayda yaşlı insanlar var. Sərnişinlər evakuasiya edilmir, xeyli insanın vəziyyəti pisləşib”, - deyə, o qeyd edib.

FHN-dən bildiriblər ki, hadisə yerinə xilasedicilər yollayıblar.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.