SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Ərdoğandan Trampa SƏRT MESAJ: Parça-parça edəcəyik
SİYASƏT 21:31 / 26.07.2019
"Fəratın şərqində terror təşkilatını parça-parça etməyə hazırıq”.

Publika.az
 xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, "Pəncə-1” və "Pəncə-2” hərəkatı ilə Fəratın şərqindəki terrorçuların Şimali İraqla əlaqəsini kəsəcəyik: "Ərbildə Türkiyənin konsulluq əməkdaşına edilən hücum da hərəkatımızın hədəfinin doğru olduğunu göstərir. Diplomatımızı şəhid edən terrorçuların da hamısı ələ keçirdik”.

Ərdoğan bildirib ki, montaj və tədris proqramlarından sonra S-400-ləri 2020-ci ilin aprelində aktiv şəkildə istifadə edəcəklər.

"ABŞ-ın düşünülmüş davranacağına ümid edirəm. Nəyin bahasına olursa olsun, Türkiyə gəmisində dəlik, Türkiyə qalasında uçqun açılmasına icazə verməyəcəyik. Bu gün bölgədə xarici güclərə arxayın olub, quldurluq edənlər sabah ya torpağın altına girəcəklər, ya da zülmə razı olacaqlar. Nə ilə nəticələnirsə, nəticələnsin, biz Fəratın şərqindəki terror dəhlizini parça-parça edəcəyik. Bunu həll edəndə Qəndil deyilən bir problemimiz də qalmayacaq”, - deyə o bildirib.
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.