SON XƏBƏRLƏR
20 Iyun 2018
17 Iyun 2018
14 Iyun 2018
13 Iyun 2018
Bank 2 mindən çox evi kütləvi satışa çıxardı - Su qiymətinə
İQTİSADİYYAT 11:19 / 01.06.2018

İspaniyada yay mövsümü ərəfəsində "Bankia” bankı özünə məxsus olan 2 mindən çox daşınmaz əmlakı ucuz qiymətə satışa çıxardığını açıqlayıb.

Trend-in məlumatına görə, evlərin satışı iyun ayının sonunadək davam edəcək. Bəzi hallarda endirimlər 40 faizədək çatır.

Qeyd olunur ki, 600-dən çox ev Valensiyada, 500-ə yaxın Kataloniyada, eləcə də İspaniyanın digər regionlarında təklif olunacaq.

Bildirilir ki, ən ucuz ev Albasete əyalətində satışa çıxarılıb. Burada qəsəbələrdən birində evi 5 min avroya əldə etmək olar.


41 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.