SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
14 Avqust 2018
Necə sağlam yaşayaq?
MƏDƏNİYYƏT-ŞOU 12:29 / 01.06.2018

Saglamliginiz üçün faydali melumatlar

Yemiş

Bədənə rütubət verir

Sidikqovucu,tərqovucu və
südgətirəndir.Böyrəklərdə daş
yaranmasının qarşısını alır.Lakin
ac qarnına yemiş yemək də
məsləhət görülmür.Xörəkdən
sonra yemiş yemək həzmə
ziyandır.Onu təpitme halında
şişin üzərinə qoyduqda həmin
yeri sakitləşdirir.Yemiş
qabığının təpitməsi burun
sulanmasına qarşı
faydalıdır.Qurudulmuş
qabığından 2 xörək qaşığı
yemək böyrək daşına qarşı
təsirlidir.

Yemiş tumu

Bədənə istilik və
rütubət verib,mədəni
yumşaldır.Qaraciyərin
dərmanıdır.Sidikqovucu təsiri
var.Sinə ağrıları və qızdırma ilə
muşahidə olunana öskürək
zamanı yemiş tumu yemək
məsləhətdir.

Qarpız

Bədənə soyuqluq və
rütubət verir. Qarpız yemək öd
agrılarını azaldıb,qan təzyiqini
tənzimləyir.Sidikqovucu
xassəyə malikdir və susuzluğu
aradan qaldırır.Qarpızın suyunu
bal və zəncəfillə qarışdırıb
içmək bəlğəmi kəsər.Qarpız
eyni zamanda həzmə yaxşı
komək edir.O,qanı durulaşdırır.

Qarpız tumu

Böyrək daşını
salır.Qarpız qabığının şəkər və
ya bal ilə bişirilmiş mürəbbəsi
sinə ağrısı,mədə və həzm
zəifliyini aradan qaldırır.

Xiyar

Bədəni su ilə təmin
edir.Qan təzyiqini azaldır və
susuzluğu aradan
qaldırır.Xiyarın sidikqovucu
təsiri var.O,boyrək daşının
yaranmasının qarşısını
alır.Mixəyi xiyar suyunda bir
gün saxlayıb,ikinci gün onu
çıxarıb,bal şərbəti ilə içmek
lazımdır.Bu prosedur bir
müddət davam
etməlidir.Qarışıq üz dərisini
təravətləndirib,cavanlaşdıracaq.Xiyar
eləcə də baş ağrısı və
ürəkdöyüntüsünü aradan
qaldırır.Xiyari döyüb,təpitmə
halında,dəri üzərinə qoymaq
qaşıntını aradan qaldırıb,dərini
yumşaldır.

Xiyar tumu

Sidikqovucu
olub,qaraciyər şişi və sinə ağrısı
hallarına çox xeyirlidir.

Balqabaq mürəbbəsi

Beyin
fəaliyyətini qüvvətləndirir

Balqabaq

Yumşaldıcı xassəyə
malikdir.Sidikqovucu və
tərqovucudur.Susuzlugu aradan
qaldırır.Bişmiş balqabaq
qızdırma və öskürəkdə effektli
təsirə malikdir.

Qoz

Bağırsaqları yumşaldır.2
ovuc qozu 10 ovuc əncir və
qatıqla qarışdırıb yəmək
orqanizmi təmizləyir.Köhnəlmiş
qozu bədənin gərilmiş əzələ
yerinə sürtmək həmin yeri
müalicə edir.Qoz ilə saça maska
tük tökülməsinin qarşısını
alır.Yaşıl yetişməmiş qozun
suyunu bal və üzüm sirkəsi ilə
qarışdırıb,qarqara etmək
agızdakı yaraları,damaq və diş
qanamasını mualicə edir.Təzə
qoz yarpağını alına sürtmək baş
ağrısı kəsir.Qoz ağacının şirəsini
çeynəmək diş ağrısına
xeyirlidir.Qoz yağını isidib içmək
bud ağrılarını sakitləşdirir.Qoz
yağı həmdə əsəb sinirlərini
sakitləşdirir,tük tökülməsinin
qarşısını alır.

Badam

Sinəyə
xeyirlidir.Insanı kökəldir və
bəyin ücün faydalıdır.Bağırsaq
yarası,mədə pozğunluğu və
təngənəfəsliyi müalicə
edir.Yetişməmiş badam diş
kokünü möhkəmləndirir.Badam
yağı həm də quduz it
dişləməsinə qarşı,mədə ağrısı
və quru öskürək üçün
xeyirlidir.Badam yağı ilə onurğa
sütununu yağlamaq qocalıqda
tez əyilmənin qarşısını alır.Acı
badam isə ağciyərə
xeyirlidir.Onu bal ilə yemək
qaraciyərə və dalağa
dərmandır.Yağı üzdəki ləkələri
aparır,qırış və çatlaq üçün
məlhəmdir.Yağını qulağa
damcılatmaq qulaq ağrısını
kəsər.

Regioninfo.az
91 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.