SON XƏBƏRLƏR
18 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
14 Avqust 2019
Külək 50 ağacı aşırdı, 14-nü isə kökündən çıxarıb
HADİSƏ 10:49 / 06.08.2019

Avqustun 5-dən başlayan güclü külək Bakıda ümumilikdə 50-dən çox ağacı aşırıb.

Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

O bildirib ki, güclü küləyin fəsadları daha çox paytaxtın Nəsimi, Yasamal və Nərimanov ərazilərində müşahidə olunub:

"Bu günə qədər Bakı ərazisində güclü külək səbəbindən ümumilikdə 50-dən çox ağac aşıb. Onlardan 14-ü kökündən çıxıb. 40-a yaxın isə budaq qırılmaları müşahidə edilib. Ümumilikdə ağac budaqlarının qırılması nəticəsində hərəkətsiz vəziyyətdə olan 8 avtomobilə maddi ziyan dəyib”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.