SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
AZAL təyyarəsinin tualetindən 18 ədəd iPhone çıxdı - VİDEO
CƏMİYYƏT 12:49 / 08.08.2019

"Azərbaycan Hava Yolları" (AZAL) şirkətinə məxsus təyyarənin tualetindən 18 ədəd "iPhone" markalı mobil telefon tapılıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, mobil telefonlar İstanbul-Bakı reysi ilə hərəkət edən sərnişin təyyarəsində aşkar olunub.

Mobil telefonların tapılması tualetin xarab olması nəticəsində üzə çıxıb. Təmir zamanı "iPhone"ların ora yerləşdirilməsi məlum olub.Telefonları ekipaj təyyarəni reysdən əvvəl nəzarətdən keçirən zaman aşkarlayıblar.

Qeyd edək ki, həmin reysdən öncə təyyarə BƏƏ-nin Dubay şəhərindən gəlirmiş.

Məsələyə aydınlıq gətirmək üçün"Azərbaycan Hava Yolları" QSC prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski ilə əlaqə saxladıq.

O,BAKU.WS-ə bildirib ki, AZAL Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə əməliyyat keçirərək məsələni araşdırır.


© xezerxeber.az

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.