SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Prezidentin seks qalmaqalı haqqında serial çəkiləcək - FOTO
CƏMİYYƏT 13:13 / 08.08.2019

Monika Levinski Bill Klintonla seks qalmaqalı haqqında çəkilən serialın prodüseri olacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Amerikan Cinayət Hekayəsi” antoloji serialın yaradıcısı Rayan Merfi Monika Levinskini növbəti mövsümdə Bill Klintonun impiçment cəhdinə həsr ediləcək çəkilişlərində iştirak etməyə inandırıb.

Keçən ay "The Hollywood Reporter”ə verdiyi müsahibədə Merfi Levinski ilə söhbətlərini belə təsvir edib:

"Heç kim sizin hekayənizi danışmamalıdır, bunu özünüz etməlisiniz. Başqaları bunu etsə, çirkin olacaq”.

Görünür rejissorun sözləri sabiq prezidentin eks katibəsinə təsir bağışlayırdı. Məlum olub ki, Monika Levinski növbəti mövsüm istehsalçılarından biri olacaq. Ekranda onun rolunu 26 yaşlı Bini Feldşteyn canlandıracaq. Bill Klinton və həyat yoldaşı Hillarini serialda kimin oynayacağı hələ məlum deyil.

Ssenarinin müəllifi Sara Bercesddir, mənbə olaraq Ceffri Tubinin "Böyük bir sui-qəsd: Az qalsın prezidentin axırına çıxan seks-qalmaqalı" kitabı əsas götürülüb.

Xatırladaq ki, Ağ Evin yaxın tarixindəki ən qalmaqallı epizodlardan birinin çəkiləcəyi barədə ilk məlumatlar 2017-ci ildə ortaya çıxdı, ancaq Merfi Levinski olmadan çəkmək istəmədi.

Çəkilişlərin fevral ayında başlayacağı və yeni mövsümün premyerasının 27 sentyabr 2020-ci ildə başlaması gözlənilir.

49 yaşlı ABŞ prezidenti Bill Klinton və 22 yaşlı Ağ Ev işçisi Monika Levinskinin intim münasibətləri 1998-ci ildə ortaya çıxıb. Bill Klinton Monika Levinski ilə sekslə məşğul olmadığını dediyi üçün onun impiçmenti gündəmə çıxarılmışdı. Lakin Senatda impiçment qərarı qəbul olunmayıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.