SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Bakıda aşan ağaclar doğranılır - Ehtiyacı olanlar götürə bilər
CƏMİYYƏT 18:18 / 08.08.2019

Avqustun 5-dən etibarən paytaxt ərazisində müşahidə edilən güclü külək nəticəsində 70-ə yaxın ağac aşıb, budaqları sınıb və kökündən çıxıb. Hava şəraitinin belə keçməsinə səbəb iqlim dəyişkənliyidir.

Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

O qeyd edib ki, əvvəlki illərdə bu qədər güclü küləklər müşahidə edilməmişdi:

"Ağaclar yay mövsümündə bioloji inkişafda, çiçəklənmiş vəziyyətdə olur. Bu səbəbdən də onların aşma, sınma riski qış mövsümü ilə müqayisədə daha çoxdur. Aparılan müşahidə zamanı son 3-4 gün ərzində budaq sınmaları sağlam, inkişafda olan yaşıl ağaclarda qeydə alınıb. Aidiyyəti qurumların 200-ə yaxın canlı qüvvəsi, 60-70 nəqliyyat vasitəsi paytaxt ərazisindəki ağac, budaq qırıqlarının toplanılmasına cəlb olunub.

Bundan başqa, bu günə qədər güclü külək səbəbindən əyilərək qəzalı vəziyyətə düşən 100-ə yaxın ağac təhlükəsiz vəziyyətə gətirilib. Bu kimi hallarla qarşılaşan vətəndaşlar bizə müraciət edə bilərlər”.

O.Məmmədov aşan ağacların sonrakı taleyindən də danışıb:

"Həmin ağaclar Ramanıdakı ərazimizə daşınır. Əvvəllər biz bu ağacları doğrayıb hərbi hissələrə odun kimi istifadə məqsədilə verirdik. Lakin artıq bütün kommunal xidmətlər yüksək səviyyədə qurulduğu üçün buna ehtiyac yoxdur. Sadəcə, ehtiyacı olan insanlar müraciət edib onları götürə bilərlər".

Qurum rəsmisi insanlara küləkli hava şəraitində küçədə gəzərkən irigövdəli ağacların altında dayanmamağı, avtomobilləri ağacların yaxınlığında park etməməyi tövsiyə edib. 


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.