SON XƏBƏRLƏR
23 Sentyabr 2019
22 Sentyabr 2019
21 Sentyabr 2019
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
Azərbaycanlı jurnalistlərin sualları yəhudi məşqçini özündən çıxartdı
CƏMİYYƏT 11:17 / 09.08.2019

"İlk hissə bizim üçün yaxşı alındı və iki qol vurduq. Lakin sonra yorulduq. İkinci hissədə qol vəziyyətlərimiz olmadı. Daha çox müdafiədəoynadıq".

Oxu.Azxəbər verir ki, bunu "Bney Yehuda"nın baş məşqçisi Yozef Abuksis deyib.

O daha sonra azərbaycanlı jurnalistlərin tənqidi sualları ilə üzləşib. Sualların çoxu rəqib futbolçuların yerdə qalıb vaxt uzatmaları ilə bağlı olub.

Yəhudi məşqçi buna əsəbiləşib və bir də belə suallar olacağı halda konfransı tərk edəcəyini bildirib:

"Mən belə suallara cavab vermək istəmirəm. Futbolçularım qaydalar çərçivəsində oynadı. Əvvəldən 2:2 hesabı təklif olunsaydı, mən buna razılaşardım. Amma hakimin əlavə etdiyi son dəqiqədə qapımıza vurulan qol bizi üzdü".

Qeyd edək ki, bu gün "Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubu ilə görüşündə2:2 hesabı qeydə alınıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.