SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Ermənistanda hərbi xidmətdən yayınmaq üçün rüşvət halları kəskin artıb
CƏMİYYƏT 14:27 / 09.08.2019
Ermənistanda hərbi xidmətdən yayınmaq üçün rüşvət halları kəskin artıb. 

Xezerxeber.az erməni KİV-nə istinadən xəbər verir ki, bu məlumatı avqustun 9-da ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb.

Qeyd olunur ki, orduya çağırış üzrə tibbi komissiyanın üzvlərinin və hərbi komissarlıqların zabitlərinin çağırış yaşına çatmış şəxslərdən yüksək məbləğdə rüşvət alaraq sağlamlıq vərəqələrini saxtalaşdırdıqları müəyyən edilib. Onlar bu yolla həmin şəxslərin hərbi xidmətə çağırış müddətini təxirə salıblar.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları çoxlu sayda bu cür faktlar aşkar ediblər və hərbi komissarlıqların bir neçə zabiti həbs olunub. İri məbləğdə rüşvət almaqda təqsirləndirilən zabitlərdən biri hərbi komissarlığın digər iki keçmiş əməkdaşı ilə cinayət əlaqəsinə girərək hərbi komissiyanın üzvlərini də bu əmələ cəlb edib. Cinayətkar dəstə 9 çağırışçı və 4 hərbi mükəlləfiyyətli şəxsin sənədlərini saxtalaşdırıb və onlara hərbi xidmətdən möhlət əldə etməyə kömək ediblər. Həmin şəxslərdən bunun müqabilində 2 mindən 15 min dollaradək rüşvət alınıb.

Bildirilir ki, bütün bu faktlar üzrə Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi qaldırılıb və cinayətkar qrupun üzvlərinə qarşı ittiham irəli sürülüb. Onların hamısı həbs edilib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.