SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
Keçmiş arvadı Rəvanı ittiham etdi: Gündə 200 manat hesab ödəyir, amma alimenti güclə verir - VİDEO
CƏMİYYƏT 20:23 / 09.08.2019
Xəzər TV-də yayımlanan "Hər şey daxil” verilişində müğənni Rəvan Qarayevin keçmiş həyat yoldaşı Günay Rəhimova canlı efirə zəng vuraraq onun barəsində qalmaqallı açıqlamalar verib.

Oxu.Az xəbər verir ki, G.Rəhimova R.Qarayevin qeyri-rəsmi yaşadığı xanımın ona və qızına qarşı qeyri-etik hərəkətlər etdiyi bildirib.

"Hazırda Rəvanın həyatında qeyri-rəsmi yaşadığı bir xanım var. O da birinci deyil, on minincidir. Mənim qızım onlara görə psixoloji travma yaşayır. Rəvan qızını əvvəllər biz qaldığımız evə aparır. Uşağa zəng vururam, onunla danışmaq istəyirəm, həmin xanım əlindən telefonu alıb söndürür ki, bəs ananla danışma. Uşaq evə gəlib ağlayır, əsir, deyir ki, ana, sənin dolabında başqasının geyimləri asılıb, məni otaqdan qovur, deyir ki, çıx buradan, bu otaq atanla mənim otağımdır. Xanımın bu əməllərini qınamıram, çünki bütün bunlara icazə verən Rəvandır”, - o qeyd edib.

G.Rəhimova, həmçinin Rəvanın qızına yaxşı baxdığını və maddi kömək etdiyi kimi iddialarının yalan olduğunu deyib:

"Mən Rəvandan boşananda ondan heç bir şey tələb etməmişəm - nə ev, nə maşın. Halbuki onun imkanı var, hər şey edə bilər. Hazırda Rəvan 200 manat aliment verir. Rəvan gündə 200 manat hesab ödəyir, amma qızına ayda 200 manat aliment verir. Bu pula uşağın bağçasının pulunu ödəyim, geyindirim, həkimə aparım, gəzdirim, yoxsa qarnını doydurum? Uşaq üçün hər şeyi özüm edirəm. Rəvan deyir ki, guya qızı üçün hər şey edir. Bu, absurd və yalandır. Rəvan qızı Xalidə ilə danışmır. Bir dəfə də olsun, gəlib qızını bağçada görməyib. Uşağın ad günündə belə, Rəvanı axtardıq, üzə çıxmadı. Halbuki Xalidə atasına meyilli uşaqdır.

Gəlib uşağı aparır, sonra yoxa çıxır. Özünə zəng vururam, xalası oğluna zəng edirəm, ondan sonra başlayır alimenti ödəməyə. Mən hamıya zəng vurandan sonra ağlına gəlir ki, aliment ödəməlidir”.

Proqramın aparıcısı Tarix Əliyev isə bu məsələyə hüquqi müstəvidə yenidən baxılması üçün G.Rəhimovaya yardım edəcəyinə söz verib. Həmçinin R.Qarayevin hazırda qeyri-rəsmi yaşadığı qadının xanım müğənnilərdən birinin övladı olduğunu açıqlayıb.

Qeyd edək ki, R.Qarayevlə G.Rəhimovanın evliliyi beş il sürüb. Onların bu nikahdan 6 yaşlı Xalidə adlı qız övladları var.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.