SON XƏBƏRLƏR
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
08 Noyabr 2019
07 Noyabr 2019
İrandan sərt bəyanat: Geri çəkilməyəcəyik!
DÜNYA 10:16 / 10.08.2019

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Fars körfəzinin İran üçün həyati əhəmiyyət kəsb etdiyini və bölgənin təhlükəsizliyinin təmin edilməsi məsələsində geri addım atmayacaqlarını söyləyib.

Publika.azxəbər verir ki, İranın xarici siyasət idarəsinin başçısı bu haqda tvitter hesabında yazıb.

Onun sözlərinə görə, bölgədə yerləşdiriləcək hər hansı bir xarici güc gərginliyə səbəb olacaq.

"İran milli təhlükəsizliyini təmin etmək üçün heç vaxt geri addım atmayacaq”, - iranlı nazir qeyd edib.

Qeyd edək ki, ABŞ Hörmüz boğazında İranla yaşanan gərginlikdən sonra boğazda dəniz nəqliyyatına nəzarət etmək üçün təhlükəsizlik planı hazırladığını açıqlayıb. İngiltərənin də daxil olduğu plan İsraildən dəstək alıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.