SON XƏBƏRLƏR
18 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
14 Avqust 2019
Sentyabrdan 18 qurumun əməkdaşlarının maaşı artır - QƏRAR - VİDEO
CƏMİYYƏT 12:12 / 14.08.2019

Dövlət büdcəsindən maliyyələşən 18 qurumun əməkdaşlarının maaşı artır.

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılması haqqında qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən həmin işçilərin vəzifə maaşları 30-40%-dək artırılaraq yeni Vahid Tarif Cədvəli təsdiq edilib.Əmək haqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.

Maaş artımı sentiyabrın 1-dən tətbiq ediləcək.

İqtisatçı-ekspert Vuqar Bayramovun sözlərinə görə, maaş artımının tətbiq edilməsi xüsusən də aztəminatlı ailələrin sosial-rıfahının yaxşılaşdırılmasına təkan verəcək.

Sentiyabrın 1-dən minumum əmək haqqı da artacaq. Bütövlükdə 2019-cu ildə tətbiq edilən sosial paket 3 milyondan artıq vətəndaşı əhatə edəcək.

Qeyd edək ki, ilin əvvəlindən bu yana vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üçün ar-arda iki sosial paket qəbul olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.