SON XƏBƏRLƏR
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
Prezident qanunu təsdiqlədi - Pensiya minimum 200 manat olacaq
CƏMİYYƏT 12:43 / 15.08.2019

Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli Qanununun tətbiqi və "Əmək pensiyaları haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1-ci maddəsində (Əmək pensiyasının minimum məbləği) "1 mart tarixindən 160 manat” sözləri "1 oktyabr tarixindən 200 manat” sözləri ilə əvəz edilib; 29.1-ci maddədə "və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı” sözləri çıxarılıb.

Bundan başqa, aşağıdakı məzmunda 29.1-1-ci maddə əlavə edilib:

"29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir”.

Qanun 2019-cu il oktyabrın 1-dən qüvvəyə minir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.