SON XƏBƏRLƏR
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
Azərbaycanda yüksək vəzifəli məmurun intiharı ilə bağlı YENİ FAKTLAR - TƏFƏRRÜAT (YENİLƏNDİ)
CƏMİYYƏT 15:45 / 15.08.2019

Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru 39 yaşlı Musa Feyzullayevin intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, ilkin araşdırmalar nəticəsində məlum olub ki, əslən Qax rayonundan olan M.Feyzullayev dünən gecə saatlarında Qax şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən ata evinin həyətində özünü öldürüb.

Özünü asan mərkəz direktorunun meyitini anası aşkarlayıb. Hadisə vaxtı M.Feyzullayevin atası və bacısı da evdə olub.

Ailəli olan M.Feyzullayevin konkret hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı Qax rayon Prokurorluğunda cinayət işi açılıb.

Qeyd edək ki, iş yerində və cəmiyyətdə M.Feyzullayev müsbət xarakterli, sakit təbiətli şəxs kimi tanınıb.

Araşdırmalar davam etdirilir.

*****

09:20

Qaxda intihar hadisəsi baş verib.

Publika.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin C.Cabbarlı küçəsində yaşayan Feyzullayev Musa Feyzulla oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun meyitini anası səhər saatlarında aşkarlayıb.

Qeyd edək ki, M. Feyzullayev Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

Faktla bağlı araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.