SON XƏBƏRLƏR
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
Şagirdlərin elektron yerdəyişməsi başlayıb - VİDEO
CƏMİYYƏT 09:16 / 16.08.2019

Avqustun 15-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb. Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Xezerxeber.az-ın məlumatına görə, şagird yerdəyişməsinin elektronlaşdırılmasında məqsəd məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım etməkdir.

Şagird yerdəyişməsinin elektronlaşdırılması şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq məqsədi daşıyır.Eyni zamanda, prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Orxan Abbasov bildirib ki, şagirdlərin elektron yerdəyişməsi zamanı nəzərə alınan əsas meyar yaşayış yerinin dəyişməsidir.

Şagird yerdəyişməsinin yay dövrü sentyabrın 15-ə qədər davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.