SON XƏBƏRLƏR
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
Türkiyə Prezidenti AES tikintisinin sürətləndirilməsi haqqında fərman imzalayıb
CƏMİYYƏT 17:31 / 16.08.2019
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Akkuyu” atom elektrik stansiyasının (AES) tikintisinin sürətləndirilməsi haqqında fərman imzalayıb.

Xezerxeber.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, sənəd "Resmi qazete”də dərc olunub.

Fərmanda ölkədə elektrik enerjisinə artan tələbın ödənilməsi, ixrac olunan enerji daşıyıcılarından asılılığın azaldılması və onların şaxələndirilməsi məqsədilə AES tikintisi layihəsinin uğurla reallaşdırılmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanır. Layihədə iştirak edən müvafiq təşkilatlara və idarələrə tikinti prosesinin sürətləndirilməsinə maksimum kömək və dəstək göstərmək tapşırılır.

"Akkuyu” atom elektrik stansiyasının tikintisi Rosatomun layihəsi üzrə aparılır. AES-in birinci enerji blokunda tikinti işlərinə 2018-ci ilin aprelində başlanılıb. Ümumi dəyəri 20 milyard dollar olan layihəyə Rusiyanın reaktor qurğularından ibarət dörd enerji bloku daxildir. AES-in birinci blokunun 2023-cü ildə işə salınması planlaşdırılır. Sonra isə hər il bir blok istifadəyə veriləcək.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.