SON XƏBƏRLƏR
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
Avropada görməyə öyrəşdiyimiz mənzərə Bakıda: sürücülərimizdən nümunəvi addım! - VİDEO
CƏMİYYƏT 09:09 / 19.08.2019

Tıxac, aqressiya, bir birinin yoluna çıxmaq. Avtomobil yollarında bu kimi hadisələrin az şahidi olmamışıq.

Ən çox da PİK saatlarda ya da tıxaclarda sürücülərin bir-birinə qarşı aqresiyası, münasibəti daha geniş vüsət alır.

Kim necə gəldi digərinin yoluna çıxır, yol hərəkəti qaydalarını pozur və çox təəssüf ki, bu hallar qəzalara səbəb olur.

Amma sevindirici haldır ki, məsuliyyətli sürücülərimiz də az deyil. Sizə bununla bağlı qeyri-adi bir hadisədən bəhs edəcəyik.

Paytaxt küçələrində sıx və uzun tıxaclarda sürücülərin nümunəvi davranışı kameraya düşüb.

Sürücülər yolda tıxac olmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınının hərəkətinə maneэ yaratmırlar.

Tıxaca rəğmən sürücülər Yol polisinin müdaxiləsi olmadan özləriyanğınsöndürən maşına yol açırlar. Sürücülər yanğınsöndürən maşının tıxacda yubanmasına imkan verməyib.

Bu məsuliyyətli sürücüləri alqışlayır, hər kəsi avtomobil sürərkən bu cür məsuliyyətli olmağa çağırırıq.
BAKU.WS




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.