SON XƏBƏRLƏR
20 Iyun 2018
17 Iyun 2018
14 Iyun 2018
13 Iyun 2018
Daha bir kişi iştirakçı “Maşın”dan getdi – YENİLƏNİB
MƏDƏNİYYƏT-ŞOU 15:29 / 02.06.2018

Xalq artisti Murad Dadaşovun təqdimatında ATV-də yayımlanan "Maşın” şounun 16-cı sürəti – "Xanımlar və Cənablar -2” davam edir.

Bu gündən 16 iştirakçıdan biri – 8 şəkli atılan Uran səsverməyə çıxarılıb. Tanınmış repçi bildirib ki, ilk iki günda səsverməyə qadın çıxarılıb. Bu səbəbdən də ifaçı öz şəklinin atılaraq hədəf seçilməsini istəyib.

Qurd tamaşaçılara müraciət edərək Uranın qalması üçün səs istəyib.

Uran artıq hədəfini də açıqlayıb. O bildirib ki, səsvermədə qalib gəlsə, Azər Axşamı şoudan kənarlaşdıracaq.

Fira da tamaşaçılara müraciət edərək Urana dəstək istəyib. Əli Mirəliyev isə A. Axşamı dəstəklədiyini deyib.

Roza Zərgərli və Hüseyn Əzizoğlu Uranın qalması üçün səs istəyib.

Söz alanaparıcı İlhamə Bədəlovanın açıqlamaları da gərginlik yaradıb. O iddia edib ki, Uran səsvermədə qalib gəlsə, Azər Axşamı yox, Roza Zərgərlini şoudan kənarlaşdıracaq.

Aparıcı Mətanət Əliverdiyeva və aktyor Məcid Hüseynov açıqlama verərək Azər Axşam üçün dəstək istəyib.

Sonda nəticələr açıqlanıb və lehinə 73.73, əlehinə isə 26.27 faiz səs toplanan Uran şouda qalmağı bacarıb. Repçi dediyi sözə əməl edərək yarışmadan Azər Axşamı kənarlaşdırıb.

Bəylər: aktyor Cavidan Novruz, meyxanaçıƏLƏKBƏR QULIYEV(Yasamallı, yarışmanın ilk günündə maşından əlini çəkdiyi üçün göndərildi), aparıcı və aktyorAZƏR AXŞAM(Yarışmanın 3-cü günündə göndərildi ), aktyor Məcid Hüseynov, videobloqçu Hüseyn Əzizoğlu, repçi İbrahim İbrahimov (Uran), müğənni Əli Mirəliyev, repçi Fərid Eminov (Qurd), müğənni Abbas Bağırov.

Xanımlar: aparıcı Mətanət Əliverdiyeva, aparıcıGÜNEL HÜMBƏTOVA(Yarışmanın 2-ci günündə göndərildi), aparıcı Firuzə Cəlilova (Fira), aparıcı Aytən Səfərova, aparıcı İlhamə Bədəlova, müğənni Rahidə Baxışova, müğənni Ruhəngiz Musəvi, aktrisa Pərvin Abıyeva, müğənni Roza Zərgərli.


66 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.